Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo motivasiyasını itirmədiyini bildirib.

"Unikal" xəbər verir ki, onun sözlərini A Bola yayıb .

“Mən zövq alıram. Düşünürəm ki, bu sözlər indi nə etdiyimi ən yaxşı şəkildə təsvir edir. Hələ çox qol vurduğum və yaxşı oynadığım üçün xoşbəxt deyiləm desəm, yalan olar. Amma Kriştiano hamı kimi deyil. Mən başqalarından fərqlənirəm, buna görə də oynamağa davam edirəm və bunu yaxşı edirəm”, - Ronaldo bildirib.

Sentyabrın sonunda Ronaldo məğlubiyyətsiz matçlar üzrə dünya rekordu qoydu. 38 yaşlı forvard indiyə qədər uduzmadığı min oyun keçirib. Onlarda 776 qələbə qazanıb, 224 heç-heçə olub. Bundan sonra Ronaldo öz klubunun tərkibində yenidən qələbə qazanıb - "Əl-Əhli"yə (4:3).

Oktyabrın 24-də Ronaldo Asiya Çempionlar Liqasında Qətərin “Əl-Duhail” komandası ilə matçda dubl və məhsuldar ötürmə edib. Ümumilikdə portuqaliyalı “Əl-Nəsr”in heyətində 38 oyunda 43 xal (34+9) toplayıb.

Yanvarın 2-də Ronaldo Səudiyyə Ərəbistanından "Əl-Nasr"ın oyunçusu oldu  və müqaviləyə əsasən, ildə 200 milyon avro alacaq.