Kremlin sözçüsü Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya bazası ilə bağlı fikirlərinə münasibət bildirib.
"Unikal" xəbər verir ki, Peskov Paşinyanın sözlərindən xəbərsiz olduğunu vurğulayıb.
“Biz hələ bilmirik ki, o, bu sözləri deyib, əgər deyibsə, harada, hansı kontekstdə deyib. Bizdə belə məlumat yoxdur”, - “İnterfaks” onun sözlərini sitat gətirir.
“The Wall Street Journal”da bu mövzuda məqalənin dərcinə gəlincə, o qeyd edib ki, Kreml bunu ilkin mənbə kimi qəbul edə bilməz.
Qeyd edək ki, bu gün Amerika nəşri Ermənistanın baş naziri ilə müsahibə dərc edib. Paşinyan müsahibə zamanı bildirib ki, Rusiya hərbi bazalarının Ermənistanda davam etməsində heç bir üstünlük görmür.
Baş nazir vurğulayıb ki, İrəvan yeni tərəfdaşlar axtarır, çünki Rusiya “müttəfiqlik öhdəliklərini yerinə yetirə bilməyib”.