Mühasirəyə alınmış Qəzza zolağının cənubunda yerləşən Xan Yunus şəhərindəki Nasser xəstəxanasının həkimləri İsrail bombardmanı nəticəsində ölən ananın bətnindən körpəsini xilas ediblər.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, xəstəxananın məlumatına görə, Ranim Hicazi adlı hamilə qadın Nasser Xəstəxanasına ölü olaraq gətirilib.
Həkimlər tərəfindən döl ananın qarnından çıxarılıb və sağ olduğu müəyyən edilib.
Körpə hazırda oksigen aparatına bağlıdır.