Amerikanın Men ştatının kiçik Lyuiston şəhərində baş verən atışma nəticəsində azı 22 nəfər ölüb, 50-60 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu  barədə "Fox News" telekanalı məlumat yayıb.  

Cinayətkar şəhərin üç yerində - bar, restoran və mağazada insanlara avtomat tüfəngdən atəş açıb. Daha sonra qatil ərazini  tərk edib.

Şəhər sakinlərinin xəbəri üzərinə əraziyə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları sövq edilib. Yaralılar qısa zamanda xəstəxanaya yerləşdirilib. Polis isə onun axtarışlarına başlayıb. 

Gülayə Mecid