ABŞ multimilyarderi İlon Mask Ağ Evin Ukrayna ilə bağlı siyasətini tənqid edən sahibkar Devid Saksı dəstəkləyib. 

"Unikal" xəbər verir ki,  Saks  "X" sosial şəbəkəsində Vaşinqtonun 2022-ci ildə Kiyevə 100 milyard dollardan çox vəsait ayırdığını xatırladaraq, "ABŞ hakimiyyətinin göstərilən yardımın Ukrayna qoşunlarına uğurlu əks-hücum keçirməsinə imkan verəcəyi barədə iddialarına baxmayaraq, cəbhə xətti demək olar ki, dəyişməz qalıb", -  qeyd edib.  

Eyni zamanda Saks ABŞ Ukraynaya daha 60 milyard dollar xərcləyəcəyinə görə qəzəblənib. Sahibkarın fikrincə, belə yardımın effektivliyinə yalnız axmaqlar inana bilər.

Mask da Saksın bu postuna "orada çoxlu axmaqlar var" - deyə şərhini yazıb. 

Gülayə Mecid