HƏMAS yaraqlıları İsrail helikopterini "SAM-7" raketi ilə vurub. 

"Unikal" xəbər verir ki, bu barədə HƏMAS hərəkatının "Əl-Qəssam" hərbi qanadı açıqlayıb. 

Məlumata görə, hərbi helikopter Qəzza zolağı üzərində məhv edilib. 

İsrail Müdafiə Qüvvələri sözügedən məlumatı hələlik şərh etməyib. 

Ağarza Elçinoğlu