Fransa prezidenti Emmanuel Makron Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevin dəvəti ilə bu il noyabrın 1-də Astanaya rəsmi səfər edəcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, səfər çərçivəsində iki ölkə liderləri iqtisadi, investisiya və enerji əməkdaşlığının gücləndirilməsinə dair danışıqlar aparacaqlar.
Noyabrın 2-də isə Macarıstanın baş naziri Viktor Orban Astanaya gedəcək.
Ağarza Elçinoğlu