İraq səmasında Amerika hərbi təyyarəsindən gələn həyəcan siqnalı qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Almaniyadan uçan “Boeing C-17A Globemaster III” hərbi-nəqliyyat təyyarəsi bir müddət dağlarda dövrə vurub, bundan sonra həyəcan təbili çalıb. Bildirilir ki, ABŞ bu tipli təyyarələrdə üç AH-64 Apache helikopteri, bir M1 Abrams tankı və 102-yə qədər hərbçini tam avadanlıqla daşıya bilər.
Seymur Əli