Bu gündən etibarən Slovakiya Ukraynaya hərbi yardım göndərməyəcək.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Robert Fiko deyib. 

Fiko vurğulayıb ki, Slovakiya bundan sonra Ukrayna tərəfinə heç bir silah ötürməyəcək. Eyni zamanda o qeyd edib ki, Bratislava Kiyevə humanitar və vətəndaş dəstəyi dəstəkləyir.

"Biz Ukraynaya humanitar və mülki yardımı dəstəkləyirik - bu mənim hökumətimin rəsmi siyasəti olacaq. Biz Ukraynanı heç bir silahla təmin etməyəcəyik", - Slovakiyanın baş naziri yekunlaşdırıb.

Gülayə Mecid