Oktyabrın 7-də HƏMAS-ın hücum zamanı əsir götürdüyü israillilərin sayı 224 nəfərdir.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari bildirib.

Onun sözlərinə görə, IDF indiyədək 224 girovun ailəsinə onların yaxınlarının Qəzza zolağında saxlandığı barədə məlumat verib. Hagari deyib ki, ordu yeni məlumatları araşdırdığından bu rəqəm yekun deyil.

O əlavə edib ki, bu rəqəmə azad edilmiş dörd girov daxil deyil.