Müğənni Günay İbrahimli "10-da görüşək" proqramına qonaq olub. şəxsi həyatından bəhs edib.
"Unikal" xəbər verir ki, müğənni verilişdə şəxsi həyatından bəhs edib.
O, ailə qurması, toy arzusu ilə bağlı sualları cavablandırıb.
"Bunu bilirəm ki, məndə hər şey anidən baş verəcək. Özüm tez-tez toylarda oluram deyə, çox qonaq olan məclisləri sevmirəm. Toyda insan çox olanda məclis maraqlı olmur. Toyda insanın ən yaxınları, onu həqiqətən sevən dostları olmalıdır. İnsan nə istəyirsə, o da olur. Özəlimi qapalı saxlamağı daha çox sevirəm", - deyə, Günay bildirib.
İbrahimli toyunu Əməkdar artist Abbas Bağırov, müğənnilər Zamiq Hüseynov və Ayaz Qasımova həvalə edə biləcəyini söyləyib.