2024-cü ildə əhalinin adambaşına düşən icbari tibbi sığorta haqqı 122 manat 94 qəpik təşkil edəcək.

"Unikal" xəbər verir ki, bu barədə “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.

Qeyd olunub ki, bu, 2023-cü ilin sonuna gözlənilən 9,5 faizlik istehlak qiymətlərinin indeksinə uyğun artırılıb.