Gələn il üçün Azərbaycanda onkoloji xəstələr üçün ayrılan vəsaitin məbləği açıqlanıb.

"Unikal" xəbər verir ki, 2024-cü ilin dövlət büdcəsinin layihəsində qeyd edilir ki, onkoloji xəstəliyə tutulmuş şəxslərin sağlamlığının qorunması, dərman peraparatlarına olan tələbatının ödənilməsi, müayinə, müalicə və reabilitasiyanın həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Milli Onkologiya Mərkəzinə və Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasına 50.1 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.