"Gələn il 100 illiyini əlamətdar hadisə kimi qeyd edəcəyimiz Naxçıvan Muxtar Respublikasında bu ildən yeni idarəetmə sistemi tətbiq edilir. Muxtar respublikanın sosial-iqtisadi inkişafını hədəfləyən yeni layihələr icra olunur".

"Unikal" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib. O qeyd edib ki, ötən illərdən yarım qalmış işlər müasir innovativ yeniliklər tətbiq olunmaqla tamamlanacaq:

"Bu işlərin yerinə yetirilməsində hər bir təşkilatın üzərinə mühüm vəzifələr düşür. Muxtar respublikada bu ilin dövlət büdcəsindən səmərəli istifadə olunması və növbəti ilin büdcə layihələri üçün atılan müvafiq addımlarda qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Hesablama Palatasının imkanlarından istifadə olunur".