Göygöl şəhəri ərazisində qeydə alınan yol qəzasında 5 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, qəzada 1990-cı il təvəllüdlü S.Zeynalov, 2003-cü il təvəllüdlü B.Abdullayev, 2014-cü il təvəllüdlü H.Nəcəfov, 2003-cü il təvəllüdlü A.Bağırov və 1971-ci il təvəllüdlü S.Soltanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
 

*** 18:18

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, Göygöl şəhəri ərazisində qeydə alınan qəzada “Mercedes” və “Jiquli” markalı avtomobillər toqquşub. Qəza zamanı azı 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.