"Fox" telekanalında yayımlanan "Bambaşka biri" serialının xarici ölkələrə satışından əldə etdiyi gəlir bəlli olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işini hələlik 20 ölkə alıb.
Layihənin bir bölümü 500 min dollara satılıb.
Qeyd edək ki, serialın baş rollarını Hande Erçəllə Burak Dəniz paylaşır.