ATV-də yayımlanan "Bizimləsən" proqramında qadınlar arasında dava düşüb.

"Unikal" xəbər verir ki, Samirə adlı qadın 16 yaşlı qızının evdən qaçdığını deyərək, verilişə gəlib. Canlı yayım zamanı aparıcı Zaur Baxşəliyevə görüntülü zəng gələrək, qızın tapıldığı deyilib. Həmin an studiyada olan Samirə və digər Aybəniz adlı qadın arasında mübahisə düşüb.

Bir-birinə hücum edən qadınları studiyadakılar ayırıb. Bunun ardından Samirənin ürəyi gedib.