Əkrəm Əylislinin Yerevanda kitabı çap olundu
11:04 12-04-2013
İQTİSADİYYAT
Əkrəm Əylislinin Yerevanda kitabı çap olundu
Yazıçının isə bundan sonra deyəcəklərinin, edəcəklərinin heç bir mənası olmayacaq
Əkrəm Əylisli qalmaqalı deyəsən hələ çox davam edəcək. Romanın dərcindən sonra Azərbaycanda ciddi qınağa tuş gələn yazıçı,bir sıra fəxri adlardan da mərhum oldu.Və bundan sonra Əkrəm Əylisli mətbuatda görünməkdən imtina etdi və demək olar ki, mövzu qapanmışdı. Hətta Əkrəm Əylisli xarici ölkə səfirliklərinə müraciət edərək müdafiə olunmasını da istəmişdi.
Amma diplomatik korpus bu məsələyə də həssaslıqla yanaşaraq diplomatik şəkildə bu müdafiədən imtina etmişdilər. Əkrəm Əylisli isə istədiyi effekti ala bilməyəcəyini görüb susmağa üstünlük verid. Ama bu dəfə onun əvəzindən Rüstəm İbrahimbəyov bəyanat verərək Dağlıq Qarabağda tarixən ermənilərin çox yaşadığını söylədi. Kompaniya şəkilində Azərbaycanda bir erməni sevgisinin yaradılması halı isə sözsüz ki, normal qəbul edilə bilinməzdi və qəbul olunmadıda. Amma bunun qarşılığında hər iki şəxsə elə Ermənistandan və ermənilərdən dəstək gəldi. Dəstək isə sadəcə olaraq "axırkı azərbaycanlı ziyalılar reallığı etrifa etdilər"-məzmunlu aşağılayıcı bir dəstək oldu. İndi isə daha maraqlı və kifayət qədər ciddi bir proses baş verib. Belə ki, Yerevandakı "Nork" nəşriyyatı Azərbaycan yazıçısı Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" romanını ermənicə çap edib. Romanı erməni dilinə Leonid Zulfuqaryan çevirib.
Hələ ötən ilin sonunda Rusiyanın "Drujba narodov" jurnalında rusca çap ediləndən və Azərbaycanda böyük səs-küyə səbəb olandan sonra əsəri Ermənistanda da oxuyanlar az olmamışdı. Azərbaycanda çoxluq yazıçını satqınlıqda, erməniləri ucaldıb azərbaycanlıların faciələrinə göz yummaqda ittiham etmiş, Ermənistanda isə çoxluq onun əsərini "tarixi həqiqətləri cəsarətlə qələmə almaq cəhdi" kimi qiymətləndirmişdi.
Əsərdə yazıçının doğma kəndində - Naxçıvanın Əylis kəndində ötən əsrin əvvəlində dinc erməni əhalisinin qırılmasından, Bakı və Sumqayıt poqromlarından danışılır.
Yazıçının özü isə əsərinin iki xalq arasında sülhə və qarşılıqlı olaraq səhvlərin etirafına xidmət etdiyini deyir.
"Məlum oldu ki, bircə elə tolerantlığa çağırış Azərbaycanda belə səs-küy doğurdu. Ermənistanda bu kitaba maraq Azərbaycanda qaldırılan səs-küy miqyasındadır".
Bunu tərcüməçi L.Zulfuqaryan deyib: "Romana gəldikdə, ikinci belə bir president yoxdur. Ona görə yox ki, bu romanda qaldırılan məsələlər Azərbaycanda heç zaman müzakirəyə çıxarılmayıb. Ona görə ki, həmin məsələləri bu səviyyənin yazıçısı, bu qədər tanınan yazar qaldırmayıb".
Tərcüməçinin fikrincə, "əsərin ən uğurlu alınan hissələri müəllifin doğulduğu Əylisə-Aqulisə aid bölümləridir".
Müşahidəçilər bildirir ki, əslində Əkrəm Əylislinin bu kitabının Yerevanda çapı gözlənilirdi və bu ədəbiyyata olan maraqdan yox, erməni "həqiqətlərini" nümayiş etdirmək məqsədi daşıyır. Başqa cür desək ermənilər artıq Əkrəm Əylislinin bu əsərindən siyasi maraqlar üçün istifadə etməyə başlayıblar. Hətta buda bildirilir ki, Əkrəm Əylisliyə müxtəlif mükafatlar, hətta vətəndaşlıqda verilə bilinər. Bununla da Azərbaycan cəmiyyətində qıcıq yaradır və bu qıcığı dünyaya nümayiş etdirmiş olacaqlar. Ekspertlər bildirir ki, Yerevanda kitabın çapından sonra çox böyük ehtimal ki, Fransa, ABŞ kimi ermənilərin sıx yaşadığı ölkələrdə də Əkrəm Əylislinin kitabını çap edəcəklər. Və dünyaya erməni "həqiqətini" elə Əkrəm Əylislinin dili ilə çatdıracaqlar. Hesab edilə bilinər ki, Əkrəm Əylisli ermənilərin bu oynundan imtina edə bilər. Amma burada da bir məntiq yoxdur. Ən azından ona görə ki, bu kitabı o yazıb və bu kitabdan imtina etmək yenə Azərbaycanın imicinə zərbə olacaq. Çünki Əkrəm Əylisli belə bir rəy yarada bildi ki, bütövlükdə Azərbaycan ona qarşıdır və sabah o kitabdan imtina edərsə deməli Azərbaycan cəmiyyəti ona bunu məcbur etdirib. Bu isə fikir azadlığına zərbə kimi dəyərləndiriləcək.
Beləliklə indi top ermənilərdədir. Vurulan qollar Əkrəm Əylislinin adına yazılsada bu topları vuran Əkrəm Əylislinin ayaqları olmayacaq. Əkrəm Əylisli isə təssüf ki, bundan sonra hətta bu qollardan,adlardan imtina etsədə heç bir mənası olmayacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00