Türkiyəli aktrisa Hazal Kayanın məhkəməsi sona çatıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İpek Erə təcavüz edən Musa Orhan adlı şəxs barədə sosial şəbəkədə təhqiramiz sözlər işlədən aktrisanın 2 il 4 aya qədər həbs olunması istənilmişdi.
Hakim Kayanın bəraətinə qərar verib.
Qeyd edək ki, aktrisalar Ezgi Mola və Farah Zeynep Abdullah Musa Orhanı tənqir etdiyi üçün pul cəzası almışdı.