Türkiyəli aktyor Kıvanç Tatlıtuğ yeni torpaq sahəsi alıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor bu dəfə seçimini İzmir bölgəsindən edib.

O, əmlak üçün 15 milyon lirə ödəyib.

Qeyd edək ki, Tatlıtuğ daha öncə də Ege bölgəsindən torpaq almışdı.