"Haqqımda nə yazdıqları vecimə deyil. Amma ailəm, uşaqlarım barədə təhqir yazılanda polisə gedib, ərizə yazıram".
"Unikal" xəbər verir ki, bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində müğənni Nura Suri deyib.
O, övladlarını bu təhqirlərdən qoruya bilmədiyini söyləyib:
"Uşaqlarımın psixologiyası mənimki kimi deyil. Onları buradan nə qədər uzaq saxlasam, Amerikada yaşatsam da, böyük oğlum yazılanları oxuyur".
Ailə münasibətlərindən də danışan müğənni atasından sevgi görmədiyini qeyd edib:
“Doğma atam bizi sevməyib. Ögey atam mənə daha çox atalıq edib. Atam ögey ana əlində böyüyüb. Ona öyrədilməyən şeyi bizə verə bilməyib”.