Amerikalı aktyor Tayler Kristofer vəfat edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, ürəyində problem olduğu deyilən aktyor oktyabrın 31-də, 50 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Tayler “General Hospital” serialındakı rolu ilə məşhur idi. İki dəfə evlənib boşanan aktyorun iki övladı var.