Etibar Məmmədov namizəd olmaq istəmir: "Seçkiyə qatılmayacağam"
11:09 12-04-2013
CƏMİYYƏT
Etibar Məmmədov namizəd olmaq istəmir: "Seçkiyə qatılmayacağam"
Arzuxan Əliyev: "Ola bilsin ki, partiyamız prezident seçkilərinə
başqa bir namizədlə qatılsın, bu variant istisna edilmir"
Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov prezident seçkilərində iştirakı ilə bağlı partiya sədri Yusif Bağırzadənin təklifinə cavab verib. E.Məmmədov AMİP sədrinin seçkilərdə onun namizəd olaraq iştirakı ilə bağlı təklifinə hörmətlə yanaşdığını, ancaq bu haqda qərarının dəyişilməz olduğunu bildirib.
"Onlar mənim namizədliyimi istəyirlərsə bu, onların istəyidir. Mən bir söz deyə bilmərəm. Mən onlara nəyisə qadağan edə bilmərəm ki? Xəbərim yoxdur onların rəsmi mövqelərindən. Bu suala mən cavab vermişəm artıq. İştirak etməyəcəm"- deyə E.Məmmədov vurğulayıb.
Qeyd edək ki, AMİP sədri Yusif Bağırzadə saytımıza açıqlamasında bildirib ki, partiya adından Etibar Məmmədovun prezident seçkilərində namizəd olaraq iştirak etməsini istəyirlər.
Milli İstiqlal Partiyasının baş katibi Arzuxan Əliyevin "Unikal"a söylədiyinə görə, "AMİP-in rəhbərliyi və sıravi üzvləri, o cümlədən AMİP-in təəssübkeşləri Azərbaycan milli-azadlıq hərəkatının liderlərindən biri olmuş və bu gün də siyasi proseslərdəki çəkisi sözsüz şəkildə etiraf edilən Etibar Məmmədovun növbəti prezident seçkilərində namizəd qismində iştirakını çox arzulayırdılar. Ancaq görünür, Etibar bəy yalnız özünə məlum olan səbəblər üzündən bu seçkilərə qatılmamaq qərarına gəlib və onun bu qərarı da siyasi iradə kimi tərəfimizdən sayğı ilə qarşılandı. Bununla belə, mənə elə gəlir ki, prezident seçkilərində namizəd qismində iştirak etməkdən imtinasının əsil səbəbləri barədə onun özündən soruşsanız, daha yaxşı olar".
Baş katibin sözlərinə görə, "Hazırda partiyamızın strukturlarında prezident seçkilərində hansı formada iştirak etmək barədə qızğın müzakirələr aprılmaqdadır və bu proses yekunlaşmaq üzrədir. Ümumi qərar isə partiyanın Mərkəzi Siyasi Şurasında qəbul ediləcək. Ola bilsin ki, partiyamız prezident seçkilərinə başqa bir namizədlə qatılsın, bu variant istisna edilmir. Amma yenə də qeyd etməliyəm ki, hər şey kollegial şəkildə qəbul ediləcək qərardan sonra məlum olacaq".
Müstəqil politoloq Zərdüşt Əlizadənin "Unikal"a söylədiyinə görə, "Etibar Məmmədovun prezident seçkilərinə namizəd kimi qatılmaqdan imtina etmək barədə qərarında hansısa bir siyasi fantastika və yaxud siyasi dedektiv elementləri axtarmaq düzgün yanaşma deyil. Etibar Məmmədov Azərbaycanın 9 milyon vətəndaşından biridir. Onun da hamı kimi seçmək və yaxud seçilmək hüququ var. Prezident seçkilərinə namizəd kimi qatılmaq onun şəxsi işidir və bu barədə kimsə onun qərarını təftiş edə bilməz".
Politoloq Razi Nurullayevin "Unikal"a bildirdiyinə görə, "Etibar Məmmədov 2003-cü ildən sonra aktiv siyasi proseslərdən çəkilib və partiya sədrliyindən də imtina edib. Görünür, bundan sonra da fəal siyasətə qayıtmaq niyyətində deyil. Amma başqa bir variant da istisna edilmir: ola bilsin ki, Etibar Məmmədov indiki siyasi situasiyanı seçki marafonu üçün məqbul hesab etmir və başqa planlar üzərində işləyir".
Politoloqun fikrincə, "İndiki reallıqlar baxımından prezident seçkilərinə namizəd kimi qatılmaq gərgin fiziki enerji sərf edilməsini və bir çox məhrumiyyətlərə dözmək tələb edir. Çox güman ki, Etibar Məmmədov bu amilləri də nəzərə almaqla imtina qərarı qəbul edib".
Natiq Əlixanlı
Digər Xəbərlər
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00
2024-11-22 14:56:00
2024-11-22 13:04:28