Müğənni Bedros Kirkorov pnevmoniyaya görə müalicədən imtina edərək xəstəxanadan qaçıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kirkorov evdə qeyri-ənənəvi üsullarla müalicə olunmağa qərar verib.
Klinikada 91 yaşlı Kirkorova pnevmoniya, bronxial obstruksiya və ikitərəfli hidrotoraks diaqnozu qoyulub.
Müğənninin vəziyyəti sağ ağciyərdə vərəmdən sonrakı dəyişikliklərlə daha da çətinləşib. O, xəstəxanada cəmi 17 gün qalıb.
Ağarza Elçinoğlu