Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Türkiyə istehsalı olan TOGG elektromobili hədiyyə edib.

"Unikal" xəbər verir ki, Qazaxıstan Prezidenti həmkarına təşəkkür edərək onu elektromobillərin uğurlu seriya buraxılışı münasibətilə təbrik edib.

Qeyd edək ki, noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) "Türk əsri" şüarı altında 10-cu yubiley sammiti keçirilib. Sammitdə həmçinin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

***10:36

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə Türkiyənin TOGG elektrik avtomobilini hədiyyə edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri məlumat yayıb.

Bundan əvvəl Tokayev Ərdoğanı birinci dərəcəli “Dostluq” ordeni ilə təltif edib.

Gülayə Mecid