Siyəzən rayonunda Arif Qasımov sərgüzəştləri
11:11 12-04-2013
CƏMİYYƏT
Siyəzən rayonunda Arif Qasımov sərgüzəştləri
Əhali ayağa qalxmaq üçün fürsət gözləyir
Son zamanlar rayon icra hakimyyəti başçılarının əməlləri,bölgələrdə vətəndaşlarla normal münasibət qurmamaları ciddi gərginliklərlə müşahidə olunmağa başlayıb. Hələ bir müddət öncə prezident İlham Əliyev müşavirə keçirərək icra başçıları ilə əhalinin münasibətlərindən narazılığını ifadə etdi və buna qarşı sərt addımların atılacağını söylədi.
Dövlət başçısı bunu da qeyd etdi ki, rayon rəhbərləri büdcədən vəsaitin ayrılmasına baxmayaraq abadlıq işləri üçün sahibkarları incitdiklərini və bunların dərhal durdurulmasını istədi. Bundan sonra bir sıra rayon icra başçıları tutduqları vəzifəni itirdi. Yerdə qalanlar isə fəaliyyətlərində daha aktiv oldular və əhali ilə bir-başa görüşlərə start verdilər. Amma deyəsən bu deyilənlərin Siyəzən rayonuna heç bir aidiyyatı yoxdur. Belə ki, rayon icra başçısı Arif Qasımov yenə də yerli sakinlər üçün əlçatmaz qalaya çevrilib və rayonda demək olar ki, hər şey onun diqtəsi ilə həll edilir. Yəni Siyəzən rayonunda qanunlar yox, yalnız başçının dediyi sözlər keçərlidir. Bu gündə rayona ayrılan vəsaitin hara və necə xərçlənməyindən heç kəsin xəbəri yoxdur. Mənbənin dediyinə görə rayonda indiyə qədər görülən abadlıq işləri konkret sahibkarların pulu ilə olub. Amma büdcədən ayrılan vəsaitin də abadlıq işlərinə xərclənməsi ilə bağlı faktlarla rastlaşmaq olar. Halbu ki, reallıqda bu bele deyil. Mənbə bunu da qeyd edir ki, yerli sakinləri narazı salan məqamlardan biri də torpaqla bağlıdır. Belə ki, rayonda torpaqların bölünməsi,satılması kimi işlərə bir başa Arif Qasımovun özü rəhbərlik edir və kifayət qədər haqlı narazılıqlar yaranıb. Bunu da qeyd edək ki, Arif Qasımov hələ Nizami rayonunda bələdiyyə sədri olanda da torpaq biznesi ilə məşğul olurdu və burda da kifayət qədər qanunsuzluqların olduğu bildirilirdi. Sonda bunu da qeyd edək ki, rayon icra hakimiyyəti başçısı əhalinin narazılığını ifadə etməsindən narahat olduğu üçün demək olar ki, bölgədə az qala diktatura rejimi yaradıb. Amma bu insanları daha çox qıcıqlandırır və demək olar ki, hər an insanlar ayağa qalxa bilər. Bunu da qeyd edək ki, qarşıdan prezident seçkiləri gəlir və Siyəzən rayonunu bu seçkilərdə itirilmiş rayon kimi dəyərləndirmək olar. Çünki icra başçısının etdikləri mövcud hakimiyyətin və YAP-in ayağına yazılır.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22