Rusiya Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsinə hər zaman dəstək verməyə hazırdır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bildirib. 

O, qeyd edib ki, sərhədin delimitasiyası ikitərəfli məsələdir: "Biz Rusiyada tarixən mövcud olan sənədləri, o cümlədən kartoqrafik sənədləri dəstəkləməyə və təqdim etməyə hər zaman hazırıq.

Meğri dəmir yolunun tikintisinə başlanılması ilə bağlı əsasən birgə bəyanatın mətni də böyük ölçüdə hazırdır. Yolun özünə gəlincə, bilirsiniz ki, Azərbaycan artıq Ermənistan ərazisindən yan keçməklə İran ərazisindən keçən avtomobil yolunun tikintisinə başlayıb. Bildiyimiz kimi, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran ərazisindən Ermənistan ərazisindən yan keçən dəmir yolunun tikintisi ilə bağlı memorandum da imzalanıb".

Ağarza Elçinoğlu