İraq ordusu bölgədəki müharibə üçün hazır vəziyyətə gətirilib.

"Unikal" xəbər verir ki, bu barədə “Al-Arabiya” xəbər ajansı sızdırılmış sənədə istinadən məlumat yayıb. İraq yaraqlı qruplaşmaları gələn həftədən etibarən ABŞ və İsrailin maraqlarına qarşı hərbi fəaliyyətlərini gücləndirəcəklərini açıqlayıblar. 

Bu gün sızdırılmış sənədə görə, İraqın baş naziri Məhəmməd əl-Sudani ölkənin silahlı qüvvələrinə bölgədə mümkün müharibəyə qarşı lazımi müdafiə tədbirləri görmək tapşırığı verib. 

Sənədə əsasən, Məhəmməd əl-Sudani tankların və döyüşçülərin lazımi yerlərə yerləşdirilməsini, alternativ kommunikasiya xətlərinin təmin edilməsini, anbarların və sursatların saxlandığı yerlərin ciddi mühafizəsini tələb edib.