İsrail hərbi əməliyyatların sonunda Qəzzaya nəzarəti ələ keçirməyəcək.

"Unikal" xəbər verir ki, bunu İsrailə səfər edən ABŞ dövlət katibi Entoni Blinken deyib .

Onun sözlərinə görə, İsrail hakimiyyəti açıq şəkildə bildirib ki, Qəzza ərazisi üzərində nəzarəti bərqərar etmək və bu məsuliyyəti öz üzərlərinə götürmək niyyəti və istəyi yoxdur. Dövlət katibi vurğulayıb ki, HƏMAS Fələstin ərazilərində hakimiyyətdə qalmamalıdır. Onun fikrincə, bu, qəbuledilməzdir.

Bu gün İsrailin müdafiə naziri Yoav Gallant Blinkenə Qəzza zolağında atəşkəsin şərtləri barədə danışıb. Əsas məsələ, deyildiyi kimi, girovların azad edilməsidir.