"Qafqazlılar xüsusi hərbi əməliyyatlar zonasında parlaq döyüşürlər".
"Unikal"
xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası İctimai Palatasının üzvləri ilə görüşündə deyib.

Xüsusi hərbi əməliyyatlar zonasında döyüşən Qafqazdan olan oğlanlara gəlincə, onların sayı çoxdur və onlar qəhrəmancasına döyüşürlər”, - Putin bildirib.

Rusiya Federasiyasının rəhbərinin sözlərinə görə, qafqazlılar sıravi əsgər kimi döyüşmürlər, onlar Rusiya ordusunda yüksək komandanlıq mövqelərini tuturlar və parlaq döyüşürlər.