İtaliyanın baş naziri Giorgia Meloni bildirib ki, onun diplomatik müşaviri Françesko Mariya Talo rusiyalı prankerlər Vovan və Lexus ( Vladimir Krasnov və Aleksey Stolyarov ) ilə söhbətindən sonra istefa verib.

"Unikal" xəbər verir ki, prankerlərlə insidentə görə məsuliyyəti məsləhətçi öz üzərinə götürüb.

Vovan və Lexus noyabrın 1-də İtaliyanın baş naziri ilə söhbətin səs yazısını dərc ediblər. Onlarla söhbətində baş nazir etiraf edib ki, Ukraynanın əks-hücum əməliyyatı cəbhədə heç nəyi kökündən dəyişmədi və çoxları Rusiya ilə münaqişədən yorulub.