Ukrayna prezidenti Volodimir Zelenskinin İsrailə səfərinə hazırlıq gedir.
"Unikal"
xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, Zelenskinin İsrailə səfəri gələn həftəyə planlaşdırılıb və bazar ertəsi və ya çərşənbə axşamı baş tuta bilər.

Media yazır ki, Ukrayna prezidentinin Baş nazir Benyamin Netanyahu, prezident İsaak Hersoq və digər İsrail liderləri ilə birgə çəkdirdiyi fotoşəkil “hücuma məruz qalan inkişaf etmiş dünyanın az inkişaf etmiş dünyaya qarşı durması mesajını verəcək”.
"Bu, Rusiya-İran oxuna qarşı İsrail, Ukrayna, Avropa və ABŞ-ın vahid cəbhəsini göstərir", - deyə mətbuatın yaydığı məlumatda bildirilib.