Fələstin əsilli ABŞ vətəndaşı olan 81 yaşlı qadın Qəzzaya səfər edib. O, Əl-Əqsa tufanı əməliyyatı zamanı Qəzzada olub.HƏMAS-ın hücumundan sonra İsrailin bombardmanları nəticəsində yaxalanan ABŞ vətəndaşını təxliyə etmək mümkün olmayıb.

"Unikal" xəbər verir ki, 81 yaşlı qadın Qəzzada qapalı qaldığını və onun təxliyəsi üçün heç bir addım atılmadığını əsas gətirərək Co Bayden hökumətinə qarşı iddia qaldırıb. Fələstin əsilli ABŞ vətəndaşı olan qadının vəkili Ghassan Shamieh San Fransisko məhkəməsi qarşısında mətbuat konfransı keçirib.

"Biz ABŞ hökumətindən hər bir Amerika vətəndaşının Qəzza zolağından dərhal və təhlükəsiz şəkildə təxliyyə edilməsini tələb etmək üçün buradayıq" deyib Shamieh. Müvəkkili xaricində bir çox ABŞ vətəndaşının Qəzzada qapalı qaldığını bildirən Shamieh Bayden hökumətini bu vəziyyətə həll yolu tapmağa çağırıb.Hələlik hökumətdən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.