Serbiyanın Təhlükəsizlik və İnformasiya Bürosunun (BİA) rəhbəri Aleksandar Vulin istefa verib.

"Unikal" "Röyters"ə istinadən xəbər verir ki, o bu qərarı ABŞ və Aİ-nin təzyiqi təzyiqi səbəbindən verdiyini bildirib. 

Onun sözlərinə görə, istefası Serbiyaya qarşı sanksiyaların qarşısının alınması üçün şərt olub:

“Mən Serbiyaya qarşı şantaj və təzyiqin səbəbi deyiləm. Lakin mən icazə verə bilmərəm ki, Serbiyaya qarşı təzyiq və məcburiyyət səbəbi olum. Ona görə də istefa ərizəmi təqdim edirəm”, - deyə Vulin bildirib.

Vulin hesab edir ki, o, heç bir mövqe naminə anti-Rusiya və anti-serb isteriyasında iştirak etmək fikrində deyil.

Qeyd edək ki, Vulinin rəhbərlik etdiyi qurum olan BİA Serbiyanın əsas kəşfiyyat orqanıdır, kəşfiyyat və əks-kəşfiyyat məsələlərinə, habelə milli təhlükəsizlik üçün vacib olan məlumatların toplanması və təhlilinə cavabdehdir.