ATƏT-lə danışıqlar sərt formada keçir
11:13 12-04-2013
SİYASƏT
ATƏT-lə danışıqlar sərt formada keçir
Azərbaycana təzyiqlər artırılır
ATƏT-in Bakıdakı qərərgahının statusu ilə bağlı ziddiyətlər get-gedə dərinləşir. Belə ki, Bakının etdiyi təklif təşkilatın rəhbərliyi və təşkilatın üzvü olan bəzi dövlətlər tərəfindən birmənalı qarşılanmayıb. Qeyd edək ki, Azərbaycan tərəfinin təklifləri qəbul olunarsa ATƏT-in Bakı ofisinin səlahiyyətləri kifayət qədər zəifləyəcək,hətta hər hansı bir aksiyanı reallaşdırmaq üçün Azərbaycan XİN-dən icazə almalı olacaq.
Bundan başqa ATƏT-in qarşıdan gələn prezident seçkilərinə müdaxiləsi kifayət qədər zəifləyəcək. ATƏT rəsmiləri isə bu təkliflə bağlı sonuncu verdikləri açıqlamada bəyan etdilər ki, məsələ növbəti toplantılardan birində müzakirəyə çıxarılacaq və bundan sonra konkret qərar açıqlamaq olar. Bu arada aydın oldu ki, Azərbaycan tərəfi toplantıya ciddi hazırlıqlar görür və ATƏT-ə üzv olan dövlətlərlə danışıqlara başlayıb. Amma deyəsən danışıqlar kifayət qədər səmərəli keçmir. Bunu ən azından XİN-in rəhbəri Elmar Məmmədyarovun açıqlamasında da görmək olar. "Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Bakı Ofisinin statusunun layihə-koordinator səviyyəsinə endirilməsi ilə bağlı müraciət edib və bu, haqlı bir hərəkətdir".
Bu fikirlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova məxsusdur."Bəzi ölkələr bizə xəbər göndərirlər ki, biz bu məsələdə konsensusa gəlməyəcəyik. Belə bir şantaj qəbuledilməzdir. ATƏT-ə üzv dövlətlərin öz hüquqları var və həmin dövlətlər nümayəndəliyin statusu ilə bağlı özü qərar qəbul edə bilər. Bununla belə ATƏT Daimi Şurasında ekspert qrupunun yaradılması və onlar tərəfindən bu məsələ ilə bağlı qərar verilməsi barədə razılıq olunub".
Maraqlıdır, bəs ATƏT-in geniştərkibli toplantısında Azərbaycan tərəfinin etdiyi təklif qəbul olunmazsa hansı nəticələr ortaya çıxa bilər? Ekspertlər hesab edir ki, bu məsələ istənilən halda gərginliklərlə müşahidə olunacaq və bunu demokratiyaya zərbə kimi dəyərləndirməyə çalışacaqlar. Həm də ona görə ki, hazırda ATƏT-in Bakı ofisi ilə yanaşı, Milli Demokratiya İnstitutunun Bakı bürosu ilə də bağlı problemlər yaşanır və eyni vaxtda iki beynəlxalq təşkilata qarşı hansısa addımı atmaq birmənalı qəbul edilə bilməz. Bu günə qədər olan çağırış və bəyanatlarda bunu təsdiqləyir. Başqa bir tərəfdən qeyd etmək lazımdır ki, Avropada Azərbaycana yanaşma da ziddiyətlidir. Məsələn, Almaniya, Fransa kimi dövlətlər sözsüz ki, Azərbaycanın təklifi ilə razılaşmayacaq və ATƏT-in Bakı bürosunun statusunun olduğu kimi qalmasına çalışacaqlar. Bundan başqa hər zaman erməni lobbisi də belə məqamlar yarananda bundan istifadə etməyə çalışıblar. Hesab etmək olar ki, bu dəfə də eyni proses olacaq. Ekspertlər bunu da qeyd edir ki, ATƏT-də hazırda əsas söz sahibi olan dövlətlərdən biri də ABŞ-dir. ABŞ-in da məsələyə yanaşması kifayət qədər sərt olacaq. Çünki ABŞ regionda təsir gücünü artırmaq istəyir və bu təsiri belə tipli təşkilatların vasitəsi ilə reallaşdırır. Bu baxımdan ABŞ əsas rıçaqlarını itirmək istəməyəcək. Amma Azərbaycana bəzi dövlətlər dəstəkdə ola bilər. Məsələn Türkiyə,Sloveniya kimi dövlətlər, həmçinin Rusiya başda olmaqla ATƏT-də təmsil olunan possovet ölkələri də Azərbaycana dəstək verəcək. Amma bu dəstəyin yetərli olacağını demək düzgün olmazdı. Bəs belə olan halda hansı nəticələr yarana bilər? Ekspertlər bildirir ki, istər ATƏT-in, istərsə də AŞPA-nin hansısa dövlətə bir başa təzyiq etmək və ya təsir etmək imkanları yoxdur. Amma bunun əvəzinə həmin ölkələrlə bağlı mənfi rəy yaradılır ki, buda sonucda həmin ölkənin təcrid olması ilə tamamlanır. Hazırda belə nümunə var və bu Belorusiyadır. Hazırda Belorusiya Avropa tərəfindən qəbul edilmir və demək olar ki, bu ölkə Rusiyadan aslı duruma düşüb. Azərbaycana gəldikdə isə ekspertlər hesab edir ki, ölkəyə təzyiqlər olsada Azərbaycanın təcrid olmasına razılıq verməyəcəklər. Çünki bu gün qərbin enerji təhlükəsizliyinə Azərbaycan təsir edir və regionda qərblə, ABŞ-in müttəfiqi sayılır. Buna görə də ehtimal edilir ki, son ana qədər sərt müzakirələr aparılacaq və sonda Azərbaycan təklifini qəbul etdirə biləcək.
Fuad Həsənov
Digər Xəbərlər
2024-12-24 16:47:00
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46