Qafqaz Rusiyasız olmağın nə demək olduğunu tezliklə başa düşəcək. 

"Unikal" xəbər verir ki, bunu rusiyalı siyasətçi, Yaxın Şərq üzrə ekspert Stanislav Tarasov deyib. 

Siyasətçi bildirib ki, Cənubi Qafqazda tezliklə vəziyyət dəyişəcək: "Yəqin ki, 3 dövlətdən biri yox olacaq".  

Tarasov Ermənistanın Roma Statutunu ratifikasiya etməsini Rusiyaya qarşı diplomatik xuliqanlıq adlandırıb: Bu, Rusiyaya qarşı bazar səviyyəli xuliqanlıq, küçə xuliqanlığı idi. Bu belədir. Rusiya da Roma Statutunu imzaladı, sonra ondan çıxdı, digər dövlətlər, Azərbaycan və başqaları da. Avropa Birliyinə daxil olmaq istəyən ölkələr o sənədi unudub, Ermənistan isə bu oyunu başlatdı. Ermənilər həm orada, həm də burada olmaq istəyirlər. Mən deyərdim ki, ikitərəfli münasibətlərin aparılması ssenarisinə Rusiya deyil, Ermənistan rəhbərlik edir, Ermənistan hesab edir ki, biz hər iki tərəflə münasibət quracağıq və eyni zamanda Roma Statusu qüvvədə qalacaq.

Ermənilər bizim bir neçə gözə çarpan şəxsiyyətimizi persona non qrata elan etdilər və heç bir izahat vermədən onların Ermənistana girişinə qadağa qoydular. Onlar heç bir cinayət törətməyiblər, heç bir sui-qəsd etməyiblər. Bəli, onların erməni siyasi qüvvələrinə öz baxışları və müəyyən münasibəti var, lakin bu, belə davranışların əsası ola bilməz. Axı Ermənistan KTMT üzvüdür və özünü belə aparmamalı idi. Əgər fikir ayrılığı varsa, insanların içəri girməsinə qadağa qoymaqla yox, başqa üsullarla həll edilməli idi. Qırmızı xətti ilk pozan Ermənistan olub, indi Ermənistana münasibətdə də qırmızı xətt pozula bilər, inciməsinlər. Bir qayda olaraq, bunun izahı anti-Rusiya çıxışlarıdır". 

Ağarza Elçinoğlu