Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün ilkin şərtlər görür.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

"İndi bilirsiniz ki, Rusiya prezidenti bu münasibətlərin normallaşması üçün çox müsbət işlər görüb. İndi sülh müqaviləsinin imzalanması üçün bütün ilkin şərtlər var", - Patruşev deyib. 

O, Azərbaycanın indiki şəraitdə böyük iqtisadi potensiala malik olduğunu bildirib: "İqtisadi potensial - gəlin müqayisə edək: Azərbaycan - 10 milyon insan, Ermənistan - deyirlər, üç milyondur. Amma biz dəqiq bilirik ki, belə deyil - maksimum 2 milyon insan var. Azərbaycan isə iqtisadi və maliyyə baxımından əhəmiyyətli üstünlüyə malikdir". 

Ağarza Elçinoğlu