Hazırda İsraillə heç bir əlaqəm yoxdur. İsraillə MİT sədrimiz İbrahim Kalın məşğul olur. Netanyahu artıq danışa biləcəyimiz biri deyil. Biz onu silib atdıq. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanadan qayıdarkən təyyarədə jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, Avropada ikili standartların, prinsipsizliyin, qanunsuzluğun tarixi yazılır: "Bizim əsas məqsədimiz İsrail-Fələstin məsələsində yekun sülhün bərqərar olmasıdır. Biz bunun üçün təşəbbüslər göstəririk, düsturlar hazırlayırıq və buna davam etdirəcəyik. Qan tökülməsinin dayandırılması və sülhün bərqərar olması üçün nə lazımdırsa, etmək əzmindəyik. 

İsrail çox səhv addım atdı. Deyə bilərəm ki, o, bu addımı ilə əslində öz gələcəyini qaraltdı. Bu, təkcə İsraili deyil, onun İsraildən kənardakı qollarını da narahat edən bir vəziyyətdir. Təbii ki, buna görə bir nömrəli məsul şəxs İsrailin baş naziri Netanyahunun özüdür. Amerikanı bir kənara qoysanız, İsrailin tərəfində heç kim yoxdur".

Ağarza Elçinoğlu