Noyabrın 4-ü səhər saatlarında həbsxanadan qaçan Qvineyanın keçmiş prezidenti Mussa Dadis Camara tutularaq həbsxanaya qaytarılıb.

"Unikal" xəbər verir ki, ordunun informasiya departamentinin rəhbəri Ansuma Tumani Kamara bu barədə AFP-yə bildirib .

O qeyd edib ki, ölkənin sabiq rəhbəri sağdır və salamatdır, lakin hadisənin başqa təfərrüatlarını açıqlamayıb.

Səhər tezdən xüsusi təyinatlı dəstə paytaxtdakı ən böyük həbsxananın ərazisinə atəş açaraq, Kamara və daha iki məhbusun qaçmasına kömək edib. Şəhər mərkəzi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Musa Dadis Camara və onun bir neçə tərəfdarı müxalifət nümayəndələrini qətlə yetirdiyinə görə həbsxanada saxlanılıb.

2008-ci ilin dekabrında Kapitan Kamara Qvineyada hərbi çevrilişə rəhbərlik etdi və prezident elan edildi. 2009-cu ilin dekabrında Kamaranın həyatına cəhd edildi , o, ağır xəsarətlərlə Mərakeşdə xəstəxanaya yerləşdirilib. 2010-cu ilin yanvarında Camara Qvineyadan kənarda idi və oradan ölkəni idarə etməkdən vaz keçdiyini və vətəninə qayıtmayacağını elan edib.

Lakin bu il sentyabrın 25-də o, gözlənilmədən Qvineyaya gəlib. Eyni zamanda o, özünün və hökumətinin 11 üzvünün məhkəməsində iştirak edəcəyini açıqlayıb. Kamara özünün təqsirsiz olduğunu və paytaxt stadionunda baş verən qətldə iştirakının olmadığını israr etsə də, məhkəmə onu təqsirli bilib.

16:02

Silahlı şəxslər Qvineyanın paytaxtında əsas həbsxanaya hücum edərək keçmiş diktator Musa "Dadis" Kamaranı qaçırıblar. 

"Unikal" xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Çarlz Alfons Rayt açıqlayıb. 

O, Qərbi Afrika ölkəsinin sərhədlərinin bağlandığını elan edib: "Qaçanlar arasında Camara ilə birlikdə 2009-cu ildə 157 nəfərin ölümü ilə nəticələnən stadion qırğını ilə bağlı ittihamlarla saxlanılan Klod Pivi və Blez Qumu da var. Biz onları tapacağıq. Və məsul şəxslər cavab verəcəklər". 

Ağarza Elçinoğlu