"Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı Qərbin təsiri ilə açıqlama verib". 

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. 

"Görünən odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan 1991-ci il xəritələri ilə müəyyən edilmiş Qarabağ əraziləri ilə bağlı Qərbin təsiri ilə açıqlama verib. O, elan etdi ki, biz 1991-ci il xəritəsinə görə Azərbaycan ərazilərini tanıyırıq. Düşünürəm ki, o, bu etirafları, bəyanatları Qərbin təsiri altında edib. O, həmin vaxt onlarla danışıqlar aparırdı", - Patruşev qeyd edib. 

Ağarza Elçinoğlu