Çanaqqala boğazı güclü fırtına səbəbindən hər iki istiqamətdə tranzit gəmilərə bağlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi açıqlayıb. 

"Əlverişsiz hava şəraiti və güclü axınlar səbəbindən boğaz şimal və cənub istiqamətindən tranzit keçidlərə bağlanıb və oradan keçən gəmilərin kapitanlarına radio vasitəsilə məlumat verilib", - deyə məlumatda qeyd olunub. 

Ağarza Elçinoğlu