Qarabağda qətliam törədən daha bir erməni cəlladı, Ermənistanın əməkdar artisti Mkrtiç Mkrtçyan ölüb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd edək ki, o, hər iki Qarabağ müharibəsində iştirak edib. Mkrtçyan 1991-ci ilin yazında "Halqa" əməliyyatı zamanı, 2020-ci il oktyabrın 2-də isə Suqovuşanda ağır yaralanıb.

"Şücaət" və "Döyüş xidmətinə görə" medalları ilə təltif edilən "Marşal" ləqəbli terrorçu 1990-cı illərdə Qarabulaq və Çaykənd qırğınlarında, 2020-ci ildə isə Füzuli, Kəlbəcər və s. Azərbaycan ərazilərində qanunsuz silahlı birləşmələrə komandirlik edib. 

Onun həmçninin Tərtərin Talış kəndinin işğal edilməsində də böyük rolu olub. 

Ağarza Elçinoğlu