İran yaraqlıları İsraillə döyüşmək üçün Livanın cənubuna göndərilib.

"Unikal" xəbər verir ki, dünən İsrail Müdafiə Nazirliyinin sözçüsü Afixay Adrei bildirib ki, iranlı yaraqlılardan ibarət “İmam Hüseyn Briqadası” İsrail-HƏMAS müharibəsinin ilk günlərindən İraq və Suriya ərazindən keçməklə və İsraillə müharibəyə girmək üçün Livanın cənubuna yerləşdirilib. 

Onun sözlərinə görə, son həftələrdə Hizbullah qruplaşmasının İsrailə qarşı əməliyyatlarında bir neçə uğursuzluğundan sonra həmin qüvvələr Zülfüqar adlı şəxsin komandanlığı altında Livan ərazisinə göndərilib. 

O, qeyd edib ki, sözügedən qruplaşma Suriyada İran tərəfindən təşkil edilib və məqsədi İranın İraqdakı proksi qüvvələrinə və Livanın Hizbullah hərəkatına kömək etməkdir.