Türkiyənin Çanaqqala bölgəsinin Gelibolu rayonunda meşə yanğını baş verib.

"Unikal" xəbər verir ki, küləyin təsiri ilə alov qısa müddətdə ətrafa yayılıb. Bölgəyə sövq edilən qruplar alovlara qurudan müdaxilə edir. Ehtiyat tədbiri olaraq rayonun bir kəndi boşaldılıb. Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı da bölgəyə gedib.

"Təəssüflər olsun ki, küləyin təsiri ilə yanğın sürətlə böyüyür. Külək çox güclüdür, qarşısını almağa çalışırıq. Sizin vasitənizlə vətəndaşlarımızı xəbərdar edirik, ayıq-sayıq olmalarını istəyirik. Yalnız bir kənd boşaldılır. Ehtiyat tədbiri olaraq Pazarlı kəndi boşaldılıb. Jandarmımız da bölgədə və ətrafda təhlükəsizlik tədbirləri görür. İnşallah qısa zamanda bunun qarşısını alacağıq. "Uğur qazanacağıq"-deyə nazir bildirib