Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlar aparmaq üçün ona təzyiq edilib-edilməməsi sualına cavab verib.

"Unikal" xəbər verir ki, onun sözlərini dövlət başçısının mətbuat xidməti sitat gətirir.

“Bu gün heç kim mənə təzyiq etmir... Bu gün Aİ və ya ABŞ liderlərindən heç biri bizə təzyiq etmir ki, oturub Rusiya ilə danışaq və nə isə geri qaytaraq”.

O, həmçinin danışıqlardan barədə qeyd edib ki, onlar “mövcud deyil və olmayacaq”.

Zelenski bildirib ki, danışıqların aparılması məqsədilə Qərbin Kiyevə təzyiqi mövzusu  “hətta ukraynalılar tərəfindən də dəstəklənir”.

Bundan əvvəl NBC telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ və Avropa rəsmiləri Kiyevlə  Moskva ilə mümkün sülh danışıqlarını müzakirə etməyə başlayıblar . Telekanalın məlumatına görə, bu gün müzakirə çox ümumi xarakter daşıyır. Digər məsələlərlə yanaşı, onlar Ukraynanın hərbi əməliyyatlar nəticəsində nələri qurban verməli olacağını müzakirə edirlər.