Məşhur Braziliya serialı "Klon"un aktrisası Elizancela du Amaral Vergeyro vəfat edib.

"Unikal" xəbər verir ki, aktrisa ötən gün 68 yaşında dünyasını dəyişib. Onun evdə özünü pis hiss etdiyi və nəfəs almaqda çətinlik çəkdiyi iddia edilir. Elizancela xəstəxanaya yerləşdirilsə də ürək tutmasından vəfat edib.

Onun ölümündən əvvəl ciddi tənəffüs problemi səbəbindən xəstəxanada bir neçə həftə müalicə aldığı ortaya çıxıb.

Qeyd edək ki, aktrisa sözügedən serialda "Mustafa"nın həyat yoldaşı "Donna Noemia" rolunu canlandırıb. Ekran işində onun həyat yoldaşını canlandıran aktyor Perri Sales isə 2009-cu ildə vəfat edib.