Berlin polisi noyabrın 4-də Almaniya paytaxtının mərkəzində Fələstinə dəstək nümayişi keçirən 59 nəfəri saxlayıb.

"Unikal" xəbər verir ki, nümayiş qaydalarının pozulmasına, o cümlədən antisemit plakatların asılmasına və üsyana çağırışa görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sanksiyalar tətbiq edilib.

Bundan əlavə, etirazçılardan biri media nümayəndəsinə hücum etdikdən sonra saxlanılıb. Daha bir fəal jurnalisti ölümlə hədələyib.

Polisin hesablamalarına görə, nümayişdə 8,5 minə yaxın adam iştirak edib. Eyni zamanda, təşkilatçılar əvvəlcə min nəfərin olacağını gözləyirdilərsə, sonradan bu rəqəm 2 minə çatıb. İştirakçılar Fələstinə dəstək şüarları yazılmış Fələstin bayraqları, plakatlar və pankartlar gətirilib.

Oktyabrın ortalarında London sakinləri İsrailin Qəzza zolağına endirdiyi zərbələrə qarşı kütləvi etiraz aksiyaları keçirərək Britaniya paytaxtını iflic vəziyyətinə salıblar. Hökumətin qadağalarına baxmayaraq, nümayişdə 100 mindən çox insan iştirak edib. Onlar müstəqil Fələstin dövlətinin yaradılmasına çağırıb və İDF-nin quru əməliyyatına qarşı çıxıblar.