Azərbaycanın daha bir cüdoçusu Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
"Unikal" xəbər verir ki, sonuncu yarış günündə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev fəxri kürsüyə yüksəlib.
Finalda Gürcüstan təmsilçisi İlia Sulamanidzeyə qalib gələn idmançımız Avropa çempionu olub.
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb.
*** 18:31
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatının son günündə finala vəsiqə qazanıb.
"Unikal"ın məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Beynəlxalq Cüdo Federasiyasının (İJF) bayrağı altında çıxış edən Matvey Kanikovskiyə qalib gəlib.
Z.Kotsoyev həlledici görüşdə gürcüstanlı İlya Sulamanidze ilə qarşılaşacaq.
Millimizin digər üzvləri Murad Fətiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) isə medalsız qalıblar.
Qeyd edək ki, Avropa çempionatına 11 cüdoçu ilə yollanan Azərbaycan millisinin heyətində hələlik yalnız Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb.