Penitensiar xidmətdə mütəmadi olaraq sosial adaptasiyanın gücləndirilməsi, islah prosesinin effektivliyinin artırılması, məhkumların asudə vaxtlarının səmərəli təşkili və s. ilə bağlı tədbirlər həyata keçirilir.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a bildirilib ki, 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri gününün qeyd edilməsi ilə əlaqədar Penitensiar xidmətin Tərbiyə müəssisəsində saxlanılan və yetkinlik yaşına çatmayan 3 məhkumun şəhər gəzintisi təşkil edilib.
İlk olaraq onlar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, dərin ehtiramlarını bildiriblər.
Sonra Şəhidlər xiyabanında şəhidlərimizin əbədi xatirəsi yad edilib.
Vətənpərvərlik hisslərinin aşılanması, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində Qələbəsinin və ərazi bütövlüyümüzün bərpasının simvollarından biri olan Hərbi Qənimətlər Parkına səfər təşkil olunub.
Yetkinlik yaşına çatmayan məhkumlar üçün nahar yeməyi, maraqlı əyləncələr və digər oyun proqramları təşkil olunub.