Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin noyabrın 8-də Moskvada keçiriləcək növbəti iclasında iştirak etməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası katibliyinin sözçüsü Tatevik Petrosyan açıqlayıb.
"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvaya getməyəcək və MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin noyabrın 8-də Rusiya Federasiyasının paytaxtı Moskvada keçiriləcək növbəti iclasında iştirak etməyəcək", - Petrosyan bildirib.
Ağarza Elçinoğlu